"Azərbaycanın futzal yığmasının Avropa çempionatında ilk işi 1/4 finala yüksəlməkdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Sloveniya yığması ilə qarşılaşacaq.
Trend-in məlumatına görə, millimizə dəstək olmaq üçün Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına açıqlama verib.
Z.Axundov qeyd edib ki, komandanın qarşısına yüksək vəzifələr qoyulub: "İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasnın İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu".
O bildirib ki, Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi: "Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur".
Federasiya prezidenti vurğulayıb ki, İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun onun üçün müəmmalı qaldı: "Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır".
O qeyd edib ki, millinin əsas bazasını "Araz" klubu təşkil edir. Bu klubun UEFA kubokunun "Dördlər finalı"na vəsiqə qazanması böyük nailiyyətdir: "Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm".
Qeyd edək ki, Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının qrup mərhələsində yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığması ilə qarşılaşacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





