İdman

"İzmaylovu "Qəbələdə" Yuri Syomin görmək istəyib"

30 Yanvar 2014 18:08
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına açıqlamasında "Portu"nun yarımmüdafiəçisi Marat İzmaylovun icarəsi ilə bağlı fikirlərini bildirib:

"İzmaylovun xidmətlərindən istifadə haqda fikir komandanın baş məşqçisi Yuri Syomin tərəfindən səsləndirilib. Biz onu Türkiyə toplanışının sonunda əldə etmək istəyirdik. Ancaq müəyyən səbəblərdən o, Antalyaya gələ bilmədi. Hazırda İzmaylov Bakıdadır.

Çox güman ki, onunla mövsümün sonuna qədər müqavilə imzalayacağıq. İcarə əsasında oynayacaq. İzmaylov 2014-15-ci illər mövsümünün sonuna qədər "Portu"ya məxsusdur. Əgər Syominlə əməkdaşlığı davam etsək, İzmaylovla da müqaviləni artıracağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.