İdman

Velosiped komandamızın üzvü Yeni Zelandiyada 2-ci olub - FOTO

30 Yanvar 2014 15:47
0 Şərh     Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Velosiped Federasiyasından Milli.Az-a verilən məlumata görə, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib. O, 143 km-lik mərhələnin qalibi, avstraliyanın "Drapac Professional Cycling" komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.

Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir. Sabah keçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət edəcəklər.
 

Daniel Klemme finished second in Cycle Classic

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.