İdman

Fabreqasın oğulluğu Messinin sevgilisinə futbol öyrədir - FOTO

30 Yanvar 2014 23:14
0 Şərh     Baxış: 1 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyanın "Barselona" klubunun iki ulduzunun ailələri arasında sıx və səmimi əlaqələr var. Belə ki, Fransesk Fabreqasın qeyri-rəsmi nikahda yaşadığı xanımı Daniela Simanın oğlu Cozef "Barsa"nın argentinalı ulduzu Lionel Messinin sevgilisi Antonella Rokussoya futbolun sirlərini öyrədib.


Milli.Az El Mundo Deportivo-ya istinadən bildirir ki, "futbol dərsi" Messinin villasında olub.

Antonellanın futbol "dərs"lərini Lionel Messi smartfonla çəkib.


Antonella da bu "dərs"lərin foto və videosunu İnstagram-dakı profilində yayıb.


Cozef və onun böyük bacısı Mariya S.Fabreqasın qeyri-rəsmi nikahda yaşadığı Daniela Simanın boşandığı əri, livanlı milyarder Eli Taktukla nikahda doğulublar.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.