Azərbaycanlı baş məşqçi: "Pulumu vermək əvəzinə məni bıçaqladılar"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu məsələnin böyüdülməsini istəmirəm. Alacağım vardı. Onu istəmək üçün yaxınlaşdım, amma pulumu qaytarmaq əvəzinə məni bıçaqladılar". Bu sözləri apasport.az saytına Gəncədə bıçaqlanan "Kəpəz" klubunun sabiq baş məşqçisi Mehman Hacıyev deyib.
Yanvarın 28-də bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 40 yaşlı Hacıyev artıq özünü yaxşı hiss edir. O, əməkdaşımızla söhbətində 3 nəfərlə mübahisə zamanı bıçaqlandığını bildirib: "Öncədən görüş-filan təyin olunmamışdı, təsadüfən çayxanada rastlaşdıq. 3 nəfər idilər. Birinin mənə verəcəyi vardı, onu istədim. Aramızda xırda mübahisə oldu. Lakin gözlənilmədən arxa tərəfdə duran adam məni yumruqla vurdu, sonra isə bıçaqla xəsarət yetirdilər. Onlar həbs olunub-olunmamaqları ilə bağlı məlumatım yoxdur".
Qeyd edək ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb.
Əslən gəncəli olan Hacıyev xeyli müddət idi "Simurq"da çalışsa da, yanvarın əvvəllərində Zaqatala təmsilçisindən ayrılmışdı. O, 2013-cü ildə UEFA-nın "C" kateqoriyasını almış məşqçidir. Futbolçu karyerası ərzində "Kəpəz" (1992-2000), "Qarabağ" (2000-2002) kimi klublarda top qovub. 1994/95 və 1998/99-cu illərdə ölkə çempionu olub, 3 dəfə kubokun qalibi adını qazanıb.
Məşqçi karyerası ərzində isə "Kəpəz"də əvəzedici heyətin baş məşqçisi, əsas komandanın baş məşqçinin köməkçisi kimi çalışıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan bu valyuta bahalaşdı - Rəsmi
-
Bəzi ərazilər işıqsız qalacaq
-
ÇL: "Fənərbağça" darmadağın oldu, "Real"a Arda qələbə qazandırdı
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır





