İdman

Məşhur futbolçu karyerasına son qoyur: O, son oyununa çıxacaq

30 Yanvar 2014 13:03
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Vasko de Qama" klubunun braziliyalı oyunçusu Juninyo Pernambukano futbolçu karyerasını başa vuracaq.
 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Roberto Dinamite açıqlamasında deyib:

"Onunla danışdıq və Juninyo futbolçu karyerasını başa vurmaq istədiyini bildirdi. Birinci gün o, son oyununa çıxacaq".
 

Qeyd edək ki, əsasən vurduğu cərimə zərbələri ilə yadda qalan 39 yaşlı J.Pernambukano karyerası ərzində "Sport Resifi", "Lion", "Nyu-York Red Bulls" kimi klublarda forma geyinib. O, Braziliya millisində 40 matçda iştirak edib və 6 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.