İdman

Lam: "Onlar ağıllı müdafiə olunur"

30 Yanvar 2014 15:29
1 Şərh     Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bavariya" klubunun kapitanı Filip Lam Bundesliqanın 17-ci turundan təxirə salınmış oyunu "Ştuttqart"la görüşdən (2:1) sonra maraqlı açıqlamalar verib.
 

Qol.az-ın məlumatına görə, almaniyalı futbolçu bütün rəqiblərin "Bavariya"nı məğlub etmək istədiklərini deyib:
 

"İlk hissədə topa daha çox nəzarət edirdik. Lakin qol vura bilmədik. Əvəzində qapımızda top gördük. Rəqib yaxşı oynadı. Onlar ağıllı müdafiə olunur və bizə boş sahə verməməyə çalışırdılar. Fasilədən sonra daha yaxşı oynadıq və qələbə qazandıq. Ümumiyyətlə, bütün komandalar bizi məğlub etmək istəyir".
 

Qeyd edək ki, bu qələbə sayəsində xalını 50-yə yüksəldən "Bavariya" liderliyini bir qədər möhkəmləndirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.