İdman

"Qalatasaray"ın əfsanəsi "Xəzər Lənkəran"ın qapıçısına hədiyyə yolladı

30 Yanvar 2014 11:33
0 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Braziliya millisinin və "Qalatasaray" klubunun əfsanəvi qapıçısı Klaudio Taffarel "Xəzər Lənkəran"ın futbolçusuna imzalı forma yollayıb. Apasport.az saytının məlumatına görə, hazırda İstanbul təmsilçisinin məşqçisi olan 47 yaşlı mütəxəssis "ağ-yaşıllar"ın qolkiperi Orxan Sadıqlıya qarşı xoş jest edib.

Üzərində Taffarelin avtoqrafı olan "Qalatasaray"ın formasını millimizin üzvünə "Xəzər Lənkəran"ın fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorre çatdırıb.

Qeyd edək ki, Covanni Melkiorre bir müddət "Qalatarasaray"da Klaudio Taffarellə bərabər çalışıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.