İdman

Azərbaycanda idman federasiyasının prezidenti istefa verdi

30 Yanvar 2014 11:15
0 Şərh     Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Sayokan İdman Federasiyasının prezidenti Vasif Namazovdan sonra Federasiyanın İdarə Heyətinin üzvü Həbib Ələkbərsoy da vəzifəsindən istefa verib. Bu barədə Modern.az-a Həbib Ələkbərsoy özü məlumat verib. O, Azərbaycan Sayokan Federasiyasının İdarə Heyətinə göndərdiyi müraciətdə İdarə Heyətinin üzvlüyündən imtina etdiyini bildirib.
 

Qeyd edək ki, bir necə gün əvvəl Sayokan Türk döyüş sənətinin Azərbaycanda yaradıcısı, Azərbaycan Sayokan Federasiyasının prezidenti və Sayokan Dünya Federasiyasının Azərbaycan təmsilçisi Vasif Namazov hər iki vəzifəsindən istefa verib. Bunun ardınca isə, Azərbaycanın ilk sayokançılarından olan və ictimaiyyətdə tanınmış sima olan Həbib Ələkbərsoyun istefası Sayokana dəymiş növbəti ağır zərbə hesab olunur və ümumiyyətlə bundan sonra Sayokandan istefaların və qopmaların geniş vüsət alacağı gözlənilir.

Əldə etdiyimiz xəbərdə bildirilir ki, Həbib Ələkbərsoy Sayokana ünvanladığı müraciətdə istefasına səbəb kimi olduqca ciddi arqumentlər gətirib. Lakin bu barədə suala cavab vermək istəmədiyini bildirib. O, sayokançılara və xüsusən Vasif Namazova olan sayğısına görə istefasına səbəb olan məsələləri ictimailəşdirmək istəmədiyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.