İdman

Gəncəbasardan 60 güləşçi respublika birinciliyinə vəsiqə qazanıb

8 Fevral 2010 12:26
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Güləş Federasiyasından (AGF) Milli.Az xəbər portalına daxil olan məlumata görə, AGF-in 7 saylı nümayəndəliyi üzrə təşkil edilən təsnifat yarışında Gəncə, Göygöl, Şəmkir, Qazax, Goranboy, Ağstafa, Samux, Tovuz, Gədəbəy, Naftalan və Daşkəsəndən ümumilikdə 291 idmançı iştirak edib. Federasiya rəhbərliyi bu regiona hər çəkidə final mərhələdə mübarizəyə 6 yer ayırıb.
 
Turnirin ilk günündə açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Gəncə şəhər gənclər və idman idarəsinin rəis müavini Mahir Hüseynov, 7 saylı nümayəndəliyin Gəncə şöbəsinin rəhbəri Bəhman Ələkbərov və AGF-in vitse-prezidenti Cavanşir Qurbanov sözügedən bölgədə böyük güləş məktəbinin olduğunu, Gəncə pəhləvanlarının milli komandalarda daim aparıcı yer tutduqlarını vurğulayıb, bu ənənənin bundan sonra da davam edəcəyinə inandıqlarını bildiriblər.

Nəticələrə gəlincə, 1-ci gündə rəqabətə adəti üzrə sərbəst güləşçilər (194 nəfər), növbəti gündə yunan-Roma güləşçiləri (97) qoşulublar. Müxtəlif çəki dərəcələrində həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə ümumilikdə 60 idmançı respublika birinciliyinə vəsiqə qazanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.