İdman

Cihan Özkara milliyə darmadağınla qayıtdı

12 Avqust 2013 22:54
0 Şərh     Baxış: 871
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" Superliqa öncəsi son yoxlama oyununu keçirib. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, futbolçumuzun komandası Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın adına olan stadionda "Kasımpaşa" ilə qarşılaşıb.

Baş məşqçi Roberto Karlos Cihana start "11-lik"də şans versə də, futbolçumuz hücumçu funksiyasının öhdəsindən yenə gələ bilməyib. Əksinə, meydan sahibi olan "Kasımpaşa" fasilədən sonra 3 cavabsız top vuraraq qələbə qazanıb.

Qeyd edək ki, Cihan Özkara artıq millimizin düşərgəsinə qayıdıb. O, avqustun 14-də Malta ilə yoldaşlıq oyununun iştirakçılarından ola bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.