İdman

Əfsanə ilə vida: Bekhem son oyununa çıxdı - FOTOSESSİYA

19 May 2013 12:40
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu barədə BBC məlumat verir, bu sezon Fransa çempionatında son ev oyununu keçirən  PSJ-nin "Bresta"ya 3:0 hesabla qalib gəldiyi matçı Devid Behkem qolunda kapitan sarğısı ilə keçirib.

Oyunun bitməsinə 9 dəqiqə qalmış PSJ-nin baş məşqçisi Karlo Ançelloti içində Fransanın keçmiş prezidenti Nikola Sarkozinin də olduğu azarkeşlərin Bekhemi təntənəli formada yola salması üçün onu əvəz edib.

Futbolçu soyunub-geyinmə otağına göz yaşları ilə gedib.

Artıq ölkə çepionluğunu təmin etmiş PSJ sezonun son oyununu səfərdə keçirəcək. Həmin matçda Bekhemin oynayacağı az ehtimal edilir.

38 yaşlı Bekhem futboldan gedəcəyini mayın 16-da, karyerasının 22-ci ildönümündə elan etmişdi. O, ilk ingilis futbolçudur ki, 4 xarici ölkənin çempionatında qalib olub.

Bekhem peşəkar karyerasına 1993-cü ildə "Mançester Yunayted"də başlayıb. İngilis klubunda 265 oyuna 62 qol vurub. O, klubla 6 dəfə ölkə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu qazanıb və Çempionlar Liqasının qalibi olub.  

2003-cü ildə Bekhem Madridin "Real" klubuna transfer olunur.

2007-də isə karyerasını ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda davam etdirir.
"Los-Anceles Qelaksi"nin futbolçusu iki dəfə İtaliyanın "Milan" klubunda arenda əsasında top qovur.

2013-cü ildə isə Bekhem Fransanın PSJ klubuna gəlir.

Devid İngiltərə millisində 115 oyuna çıxıb və 17 qola imza atıb.
Uzun illər o, millidə kapitan sarğısını gəzdirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.





























































FOTO: Daily Mail
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.