Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10-12 sentyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksi zəriflik, çeviklik və gimnastika sevgisinin vəhdətinə şahidlik etdi.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Üç gün ərzində balaca gimnastların böyük xalçaya ilk addımlarındakı həyəcanı, yeniyetmələrin hər hərəkəti qüsursuz yerinə yetirmək arzusu, gənc gimnastların isə medal uğrunda sonadək davam edən əzmkar mübarizəsi zalın hər anına xüsusi rəng qatdı.
Hər çıxışda bir arzu, hər hərəkətdə böyük zəhmət, hər medalda isə uzun yolun hekayəsi vardı. Gimnastların xalça üzərindəki zərif addımları, musiqi ilə vəhdət təşkil edən hərəkətləri və qələbəyə olan inamı üç gün boyunca Bakı Olimpiya İdman Kompleksində xüsusi ab-hava yaratdı.
Yarış günləri ərzində gimnastların çıxışlarına tamaşaçıların marağı da diqqət çəkdi. Tribunaları dolduran azarkeşlər çıxışları böyük maraqla izləyir, uğurlu performansları alqışlarla qarşılayırdılar. Xüsusilə balaca gimnastların çıxışları tamaşaçıların böyük rəğbətini qazanır, zalda səslənən alqışlar yarışın dinamik və xoş atmosferinə əlavə rəng qatırdı.
Yarışın son günü yeniyetmə gimnastların çıxışları ilə davam etdi. 2014-2015-ci il təvəllüdlü yeniyetmələr iki qrup üzrə bir alət proqramında mübarizə apardılar. Ardınca bu yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblərin mükafatlandırma mərasimi keçirildi.
Gənclər kateqoriyasında (2011-2012-ci il təvəllüdlülər) çıxış edən gimnastlar da bir alət proqramında öz bacarıqlarını nümayiş etdirdilər. Bu kateqoriyada çoxnövçülük üzrə fərqlənən qaliblər mükafatlandırıldılar.
Günün ikinci yarısında isə qrup hərəkətləri üzrə yarışlara start verildi. Balacalar (2016-2018-ci il təvəllüdlülər) top, yeniyetmələr (2013-2015-ci il təvəllüdlülər) isə lent proqramında çıxış etdilər. Yarışın sonunda hər iki yaş kateqoriyasında çoxnövçülük proqramı üzrə qaliblər mükafatlandırıldı.
Beləliklə, üç gün ərzində müxtəlif yaş kateqoriyalarından olan gimnastların iştirakı ilə keçirilən yarış başa çatdı. Bakı Olimpiya İdman Kompleksində zəriflik, çeviklik və əzmkarlıqla yadda qalan yarışın qalibləri və mükafatçıları fəxri kürsüdə öz medallarına qovuşdular.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
“Sabah” hesabı açdı - Yenilənir - Canlı
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)
-
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu





