"Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq yeni proqram yaradacaq.
Milli.Az xəbər verir ki, klubdan Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" FK-ya UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə beş milyon manat maliyyə dəstəyi ayrıldığı bildirilib.
"Sabah" FK isə bu vəsaitə əlavə olaraq öz vəsaitindən beş milyon manat ayırmaq qərarına gəlib. Beləliklə, "Sabah Football Academy Future Talents" - "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" proqramının ilkin kapitalının 10 milyon manat olması nəzərdə tutulur.
Klubun açıqlamasına görə, əsas məqsəd bu vəsaiti xərcləmək deyil, qorumaq və artırmaqdır. Vəsaitin peşəkar şəkildə idarə olunaraq gəlir gətirməsi və əldə edilən gəlirin uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldilməsi planlaşdırılır.
Bundan əlavə, bu il UEFA Çempionlar Liqasında keçiriləcək oyunlarda bilet satışından əldə olunan vəsaitin müəyyən hissəsinin də proqrama yönəldilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində futbol infrastrukturunun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf proqramlarının gücləndirilməsi planlaşdırılır.
"Sabah" FK ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq perspektivli futbolçular üçün bərabər inkişaf imkanları yaratmağı hədəfləyir.
Klub, həmçinin proqramın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə uzlaşmasına, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini açıqlayıb.
Uzunmüddətli perspektivdə "Sabah" Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi və akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirməyi planlaşdırır.
Klub şirkətləri və beynəlxalq tərəfdaşları təşəbbüsə "Bünövrə Tərəfdaşı" formatında qoşulmağa dəvət edib.
"Sabah Football Academy Future Talents" proqramının fəaliyyət prinsipləri, idarəetmə modeli, tərəfdaşlıq mexanizmləri və gələcək inkişaf istiqamətləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Toyda şəklimi çəkir ki, gedib cadu etdirsin“
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - (Video)
-
“Komedixana”da tamaşaçının gülüşü aktyorları da güldürdü - (Video)
-
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətindən danışdı
-
"Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir
-
Özü ilə evlənən model həyatındakı kişiyə görə boşandı
-
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
-
Özbəkistanda yaşayış binasında hovuzun içindən köpəkbalıqları çıxdı - (Video)
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Vəfa Şərifovaya ərindən 12 min avroluq hədiyyə - (Video)
-
Amin Novruzov vəfat etdi
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Mahsun Kırmızıgüldən yaşlı pərəstişkarına jest - (Video)
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
-
Bahar Lətifqızı ona toxunan kişiyə əsəbiləşdi - (Video)
-
İstirahət gününün havası açıqlandı
-
Xaçaturyan müharibədə ölənlərin sayını açıqladı - Aparat təkzib etdi
-
“Barselona”dan tarixi rekord: Bir mövsümə...
-
Hollivud ulduzu qırmızı xalçadan qovuldu - (Video)
-
Səbinə Əliyevadan Saakyanın əsassız iddialarına cavab
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
-
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu





