Maraqlı

Qayınananın ərini qucaqlayan gəlinə hərəkəti müzakirə yaratdı – (Video)

5 Sentyabr 2026 11:00
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ad günü qeyd edən cütlüyün romantik anlarına qayınananın müdaxiləsi sosial şəbəkələrdə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə kişinin həyat yoldaşı ilə birlikdə ad günü tortunun qarşısında səmimi anlar yaşadığı görünür. Cütlük kamera qarşısında birlikdə poza verməyə hazırlaşarkən gözlənilməz hadisə baş verib.

Belə ki, qayınana qəfil onların arasına daxil olaraq ərini qucaqlayıb foto çəkdirmək istəyən gəlini əli ilə kənara çəkib və özü oğlunun yanında dayanaraq kamera qarşısında poza verib.

Qayınananın bu hərəkəti izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Görüntüləri izləyənlər hadisəyə münasibət bildirərək bunu müzakirə ediblər.

Qısa müddətdə sosial şəbəkələrdə yayılan video müxtəlif rəylərə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.