“Barselona”dan tarixi rekord: Bir mövsümə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Barselona" tarixində ilk dəfə bir mövsüm ərzində 1 milyard avrodan çox gəlir əldə edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, 2025/26 mövsümünün illik maliyyə hesabatı klubun ardıcıl üçüncü mövsümdə müsbət nəticə göstərdiyini ortaya qoyub. Bu göstərici "Barselona"ya maliyyə sabitliyi ilə bağlı qarşıya qoyulan hədəfə çatmağa imkan verib.
Rekord gəlirin əsas səbəblərindən biri "Kamp Nou" stadionundan əldə olunan gəlirlərin artması olub. Stadion yenidənqurmadan sonra 2025-ci ilin noyabrında komandanı yenidən qəbul etməyə başlayıb.
Klubun açıqlamasında bildirilib ki, bu nəticə "Kamp Nou" tam istifadəyə verildikdən sonra stadionun gələcəkdə nə qədər böyük iqtisadi potensiala sahib olacağını göstərir. Rekord gəlirə təsir edən digər amillər arasında sponsorluq gəlirlərinin artması və klub atributikasının satışı ilə məşğul olan BLM törəmə şirkətinin rekord dövriyyəsi də yer alıb.
Mövsümün maliyyə nəticələri sentyabrın 19-da klub üzvlərinin ümumi yığıncağında təqdim ediləcək.
Qeyd edək ki, komanda stadiona qayıtdıqdan sonra yenidənqurma işləri tam başa çatmadığı üçün arenanın tutumu 42 min tamaşaçı ilə məhdudlaşdırılıb.
"Barselona" hazırda İspaniya çempionudur. Klub La Liqanın yeni mövsümündə keçirdiyi ilk üç oyunun hamısında qələbə qazanıb, rəqib qapılarına ümumilikdə 12 qol vurub və cəmi 2 qol buraxıb. Komanda turnir cədvəlinə başçılıq edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir
-
Azərbaycanlı qadın cüdoçu Böyük Dəbilqə turnirində tarix yazdı
-
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
-
İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub - (Foto)
XƏBƏR LENTİ
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı





