İdman

Bu gün "Qarabağ"ın matçı var

17 Avqust 2026 12:16
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Misli Premyer Liqasının I turuna bu gün yekun vurulur.

Milli.Az-ın məlumatına görə, "Qarabağ" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək.

Matç saat 19:30-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun baş hakimi Rəvan Həmzəzadədir.

Misli Premyer Liqası

I dövrə, I tur

17 avqust

19:30. "Qarabağ" - "Şamaxı"

Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.