Lukaku "Fənərbaxça"da
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatıb.
Milli.Az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Klubun futbol direktoru Oğuz Çətin belçikalı hücumçunun bu axşam İstanbula gələcəyini bildirib.
33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətinə qatılması ilə bağlı fikirlərini bölüşüb:
"Əziz "Fənərbaxça" azarkeşləri. Belə möhtəşəm tarixə malik klubun bir parçası olmaq mənim üçün böyük şərəf və imtiyazdır.
Düzünü desəm, çox yaxşı komandamız var və belə güclü heyətin bir parçası olduğum üçün çox xoşbəxtəm. Hər gün çox çalışacağam, məşqlərdə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandaya mümkün qədər çox kömək edim. Meydanda keçirdiyim hər anı komandanın qələbəsi üçün dəyərləndirmək istəyirəm.
Mənə bir insan və futbolçu kimi göstərdikləri etimada görə rəhbərliyə və baş məşqçimizə təşəkkür edirəm.
Mənim üçün də bu, bir qədər emosional andır. Çünki uzun illərdən sonra Türkiyəyə qayıdıram. Bildiyiniz kimi, uşaqlıqda burada yaşamışam və məhz burada atamla birlikdə peşəkar futbol dünyasını kəşf etmişəm. Buna görə də qayıdışım mənim üçün çox xüsusi və emosional olacaq. Bunun "Fənərbaxça" ilə baş verməsi məni çox qürurlandırır. Dəstəyiniz üçün təşəkkür edirəm. Tezliklə görüşərik".
Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib. (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qalatasaray"ın əsas hədəfi
-
Hüseyn Həsənovdan xəbər var
-
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
-
Elgün Səmədova yeni vəzifə verildi
-
AzTV-nin əməkdaşı Mərdəkanda dənizdə batdı
-
Cəlilabadda zəncirvari qəza - 3 nəfər xəsarət alıb
-
Lukaku "Fənərbaxça"da
-
İran Hörmüzlə bağlı yeni qanun hazırlayır
-
"Sabah" insidentlə bağlı bəyanat yaydı
-
85 il sonra… Bakıda Azərbaycan cazına həsr olunmuş tarixi konsert keçiriləcək (Video)
-
“Anladım ki, onunla ailə qurmalıyam” - Azər Aydəmir
-
“Çelsi” Pep Çavariyanı transfer etdi
-
Bu ilin son Günəş tutulması başlayıb
-
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
-
Kürdə batan gəncin axtarışları davam etdirilir - Yenilənib - (Video)
-
İdman tarixinin ən bahalı satışı reallaşdı
-
Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var
-
Ronaldo Messinin paylaşımına şərh yazdı (Foto)
-
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
-
"Dinamo Kiyev"in baş məşqçisindən "Qarabağ"la oyundan öncə vəd
-
Taksi sürücüləri üçün imtahan keçiriləcək – qeydiyyat başlayıb
-
Dağıstanda selin apardığı azyaşlı belə xilas edildi - (Video)
-
Mbappe sevgilisi ilə dodaq-dodağa - (Fotolar)
-
Türkiyə yeni dəstə halında hücum edə bilən "ağıllı" dronlarını nümayiş etdirdi - (Video)





