Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
9-11 iyul tarixlərində Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP beynəlxalq turniri keçirilib. Yarışda müxtəlif ölkələrdən olan idmançılar bacarıqlarını nümayiş etdiriblər.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Turnirdə Azərbaycanı batut gimnastikası və tamblinq növləri üzrə müxtəlif yaş kateqoriyalarında ümumilikdə 13 gimnast təmsil edib.
Batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında Muhamməd Həsənli, 15-16 yaş kateqoriyasında Fərhad Mustafayev və Ammar Baxşalıyev, böyüklər arasında isə Maqsud Mahsudov, Selcan Mahsudova və Hüseyn Abbasov çıxış ediblər.
Tamblinq üzrə isə 13-14 yaş kateqoriyasında Sənan Rzazadə və Xədicə Məmmədova, 15-16 yaş kateqoriyasında İlham Məsimov və Riad Cavadov, böyüklər arasında isə Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev mübarizə aparıblar.
Azərbaycan gimnastları yarışda uğurla çıxış edərək turniri ümumilikdə 12 medalla başa vurublar.
Batut gimnastikası böyüklər arasında Maqsud Mahsudov 60.240 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olub. Selcan Mahsudova 57.190 xalla qızıl medalın sahibi olub. Hüseyn Abbasov isə 57.730 xalla bürünc medal əldə edib.
13-14 yaş kateqoriyasında Muhamməd Həsənli 49.350 xalla ikinci yeri tutaraq gümüş medal qazanıb.
15-16 yaş kateqoriyasında Ammar Baxşalıyev 54.540 xal toplayaraq qızıl medala layiq görülüb. Eyni yaş kateqoriyasında Fərhad Mustafayev 51.470 xalla gümüş medal qazanıb.
İkili-mini batut yarışlarında isə Ammar Baxşalıyev 23.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək növbəti qızıl medalını qazanıb.
Tamblinq üzrə böyüklər arasında Bilal Qurbanov, Aleksey Karataşov və Hüseyn Əsədullayevdən ibarət Azərbaycan komandası 148.100 xalla komanda hesabında birinci yeri tutaraq qızıl medala layiq görülüb. Fərdi proqramda Bilal Qurbanov 46.200 xalla gümüş medal əldə edib.
13-14 yaş kateqoriyasında Sənan Rzazadə 22.600 xalla qızıl medal qazanıb.
15-16 yaş kateqoriyasında İlham Məsimov 84.400 xalla birinci, Riad Cavadov isə 83.900 xalla ikinci yeri tutub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
XƏBƏR LENTİ
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)





