İdman

Bəhlulun illər əvvəl yardım etdiyi xanım ilk dəfə DANIŞDI: "Ən çətin günlərimdə..." - VİDEO

23 Yanvar 2026 10:50
Baxış: 1 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ayntraxt"la keçirilən oyunun qəhrəmanı olan Bəhlul Mustafazadə bu dəfə meydandakı çıxışı ilə deyil, illər əvvəl etdiyi xeyirxah əməllə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, futbolçunun vaxtilə kömək etdiyi səhhətində ciddi problem olan bir xanım həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşıb. O, Bəhlul Mustafazadənin ən çətin günlərində ona böyük dəstək göstərdiyini bildirib:

"Heç kimin bilmədiyi bir açıqlama verəcəyəm. Bəhlul Mustafazadə ən çətin günlərimdə mənə çox böyük köməklik edib. Əlil arabasında olduğum vaxtlarda mənə ciddi dəstək olub. Yaşadığımız ölkədə olmadığımıza görə böyük çətinliklərlə üzləşmişdik. Sağ olsunlar, kömək oldular. Onun vurduğu qolu və sevinc göz yaşlarını görəndə ürəkdən sevindim," - deyə xanım qeyd edib.

O, paylaşımında həmçinin "Qarabağ" komandasını ürəkdən təbrik etdiyini vurğulayıb və əlavə edib ki, səhhəti ilə bağlı böyük problemin həll olunmasında göstərilən dəstəyə görə ailəsi adından minnətdardır:

"Səhhətimlə bağlı böyük problemi həll etdiyiniz üçün ailəmlə birlikdə təşəkkür edirəm".

Bu paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılaraq izləyicilər arasında duyğusal reaksiyalara səbəb olub. Azarkeşlər Bəhlul Mustafazadənin həm meydanda, həm də meydandan kənarda nümunəvi davranışını yüksək qiymətləndiriblər.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.