İspaniyanın nəhəng klublarından olan "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Kataloniya təmsilçisi portuqaliyalı müdafiəçi Joau Kanselunun transferini rəsmiləşdirib.
Milli.Az xəbər verir ki, klubun rəsmi saytına istinadən məlumat;na görə, 31 yaşlı futbolçu 2025-ci ilin yayına qədər icarə əsasında "Barselona"nın formasını geyinəcək. Razılaşmanın maliyyə şərtləri açıqlanmayıb. Kanselunun müqavilə hüquqları hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.
Qeyd edək ki, Joau Kanselu 2024-cü ilin yayından "Əl-Hilal"da çıxış edirdi və bu, onun "Barselona"ya ikinci dönüşüdür. Təcrübəli müdafiəçi cari mövsümdə Səudiyyə klubu ilə bütün turnirlərdə 6 oyuna çıxıb, 1 qol vurub və 2 assistlə yadda qalıb.
"Transfermarkt" portalının məlumatına əsasən, portuqaliyalı futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.
Hüseyn
Milli.Az





