Ronaldodan son 16 ildə bir İLK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo 2025-ci təqvim ilini rəsmi oyunlarda het-trik qeydə almadan başa vurub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinən hücumçu üçün bu göstərici karyerasında nadir hallardan biri kimi diqqət çəkir.
Bu, Ronaldonun 2009-cu ildən, yəni "Real Madrid"ə transfer olunduğu mövsümdən bəri ilk dəfə bir ili het-triksiz başa vurmasıdır. Təcrübəli futbolçu 2025-ci ildə bütün turnirlər üzrə 41 qol vurub. Onun ilin son qolu Səudiyyə Ərəbistanı Premyer Liqasında səfərdə "Əl-İttifaq"la 2:2 hesablı oyunda qeydə alınıb.
40 yaşlı hücumçu karyerası ərzində beşqat Çempionlar Liqası, Avropa çempionluğu və ikiqat Millətlər Liqası titulları qazanıb. Ronaldo Portuqaliya millisinin, Çempionlar Liqasının, Avropa çempionatının və Klublararası Dünya Kubokunun tarixində ən çox qol vuran futbolçu statusunu qoruyur.
2022-ci ilin dekabrında "Əl-Nəsr"ə transfer olunan ulduz futbolçu bundan əvvəl "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Real Madrid" klublarında çıxış edib. O, eyni zamanda "Real Madrid" tarixində ən məhsuldar oyunçu kimi də tanınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İbrahim Tatlısesin xəstəxanadan görüntüsü yayıldı - (Foto)
-
Vətənə xidmətlə keçən ömür: Polkovnik Höcət Vəliyev
-
Yaponiyada güclü zəlzələ oldu
-
Arvadı Netanyahunun üstünə qışqırdı - (Video)
-
Azərbaycan nefti ucuzlaşdı
-
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
-
Əli Xamenei ilə vida mərasimi başladı - (Foto-Video)
-
Bu gün Bakının 4 rayonunda su olmayacaq
-
Britaniyada “Maşa və Ayı"nın qadağan olunmasını istəyirlər
-
Ləman Ələşrəfqızının pulu kartına geri qaytarıldı - Kiberdələduz yaxalandı
-
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - (Foto)
-
Qızılın qiyməti 4200 dollar həddini keçdi
-
DÇ-2026: Daha bir 1/8 finalçı məlum oldu
-
Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)
-
Azərbaycanda avro və rubl bahalaşdı
-
Masallıda ağır qəza: 2 ölü, 2 yaralı
-
Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
-
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
-
Xırt-xırt pendirli çörək qızartması resepti
-
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
-
Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir - (Fotolar)
-
Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın





