İdman

Azərbaycanlı boksçu Olimpiya oyunlarının yarımfinalına vəsiqə qazanıb - YENİLƏNİB - FOTO

7 Avqust 2012 15:20
0 Şərh     Baxış: 1 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
07.08.2012
09:36


London Yay Olimpiadasında mübarizəsini davam etdirən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun yarımfinaldakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gecə keçirilən 1/4 final görüşündə qələbə qazanmaqla ən azı bürünc medalı özü üçün təmin edən həmyerlimizin finala çıxmaq yolundakı rəqibi Roberto Kamarelle olacaq.
 
Qeyd edək ki, Kamarelle İtaliya təmsilçisidir. 32 yaşlı bu boksçu 1/8 finalda Ekvador boksçusunu 18:10 hesabı ilə məğlub edib. 1/4 finalda isə Mərakeş boksçusunu 12:11 hesabı ilə üstələyib. Məcidov isə öncə konqolu Meji Mvanbaya, ardından isə rusiyalı Məhəmməd Ömərova qalib gəlib.
 
Məcidovla Kamarelle arasındakı görüş avqustun 10-da keçiriləcək və Bakı vaxtı ilə gecə saat 02:30-da start götürəcək. Maraq üçün qeyd edək ki, həmin gün yarımfinala yüksəlmiş digər boksçumuz - Teymur Məmmədov da italiyalı idmançı Klemente Russo ilə görüşəcək. Həmin görüş isə Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.

----------
06:45

















--------------
13:55


Böyütmək üçün şəkillərə klikləyin.











-------------
06:45


Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Olimpiya Oyunlarının yarımfinal mərhələsinə yüksəlmişdir



Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Konqo idmançısı Meci Mvanbaya qalib gəlmişdir







-----------------
02.08.2012
15:42













Foto: AzərTAc
Azernews Newspaper

XƏBƏR LENTİ