İdman

“Barselona” darmadağın oldu

6 Oktyabr 2025 09:10
Baxış: 527
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə İspaniya La Liqasının 8-ci turunda "Sevilya" öz meydanında "Barselona"nı böyük hesabla məğlub edib.

Milli.Az xəbər verir ki, "Ramon Sançez Pisxuan" stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 13-cü dəqiqəsində Aleksis Sançes penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 37-ci dəqiqədə İsaak Romero fərqi iki topa çatdırıb. "Barselona" yalnız birinci hissənin sonlarında Markus Reşfordun qolu ilə hesab arasındakı fərqi azalda bilib.

İkinci hissədə kataloniyalılar üçün dönüş imkanı yaranıb, lakin Robert Levandovski 74-cü dəqiqədə təyin olunan penaltidən yararlana bilməyib.

Matçın son anlarında "Sevilya" daha iki dəfə fərqlənib - Xose Anxel Karmona 90-cı dəqiqədə, Akor Adams isə 90+6-cı dəqiqədə qol vuraraq yekun nəticəni müəyyənləşdiriblər.

Gərgin keçən oyunda hakim hər iki komandanın futbolçularına bir neçə sarı vərəqə göstərib. "Barselona" topa 62 faiz sahib olsa da, bu üstünlüyü nəticəyə çevirə bilməyib.

Qələbədən sonra "Sevilya" turnir cədvəlində 6-cı pilləyə yüksəlib, "Barselona" isə liderdən 4 xal geri qalaraq 4-cü yerdə qərarlaşıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.