Avto

Ən etibarsız avtomobillər açıqlandı

6 Oktyabr 2025 11:00
Baxış: 1 010
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyanın məşhur WhatCar nəşri 2025-ci ilin ən etibarsız avtomobillərinin siyahısını açıqlayıb.

Milli.Az xəbər verir ki, siyahı avtomobil sahibləri arasında aparılan geniş sorğuların nəticəsinə əsaslanıb.

Araşdırmaya görə, Nissan Juke hazırkı nəsli ilə ən problemli avtomobil adını qazanıb. Modelin etibarlılığı cəmi 55,2% qiymətləndirilib. Ən çox nasazlıqlar batareya, mühərrik və əyləc sistemində müşahidə olunub.

İkinci yerdə Volkswagen Tiguan qərarlaşıb. Onun etibarlılığı 64,2% səviyyəsində qiymətləndirilib. Maşında əyləc sistemi, multimedia və elektronika ilə bağlı problemlər tez-tez qeydə alınır.

Üçüncü pillədə isə Kia Sportage-ın əvvəlki nəsli qərarlaşıb. Onun etibarlılıq göstəricisi 72,9% olub. Modeldə mühərrik, sürətlər qutusu və əyləc sistemində nasazlıqlar daha çox rast gəlinir.

Siyahıya həmçinin Mazda CX-60, Mercedes-Benz C-Class, Volvo S90, Audi Q7, Volkswagen ID.4, Hyundai Ioniq Electric və Renault Austral daxildir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.