İdman

Osimhenlə razılıq əldə edildi

7 İyul 2025 21:18
Baxış: 984
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray" Viktor Osimhenlə razılığa gəlib.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" nigeriyalı hücumçu ilə 3 illik müqavilə imzalayacaq. Hazırda tərəflər arasında sözləşmənin daha bir il artırılıb, artırılmamağı barədə danışıqlar gedir.

Bu barədə insayder Yağız Sabuncuoğlu və İtaliya mətbuatı məlumat yayıb.

"Qalatasaray" keçidi tamamlamaq üçün "Napoli" ilə müzakirələr aparır. Onların ilk təklifi 50+5 milyon avro olub. Neapol təmsilçisi bunu qəbul etməyib. Klublar arasında danışıqlar davam edəcək.

"Yuventus" da Osimhenin durumunu yaxından təqib edirdi. Lakin nigeriyalı onların təklifini qəbul etməyib.

"Əl-Hilal" ona illik 40 milyon avro məvacib və "Napoli"nin istədiyi 75 milyonu ödəməyə hazır idi. Lakin Osimhen Səudiyyə Ərəbistan transfer olmaq istəməyib.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.