İdman

Daha iki boksçumuz dünya kubokunda yarımfinalda - FOTO

4 İyul 2025 13:50
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya Kubokunda 1/4 finala yekun vurulub.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin daha 2 boksçusu bu mərhələni qələbə ilə bitirib.

Yığma üzvlərindən Məhəmmədəli Qasımzadə (60 kq) Yohan Aquera (Dominikan Respublikası) ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinalda braziliyalı Luis Qabriel do Naskimento ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) isə Taeunq Yudan (Cənubi Koreya) güclü olub. Dünya çempionatının mükafatçısı da 5:0 (29:26, 29:26, 29:26, 29:25, 29:26) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə qazaxıstanlı Albek Oralbayla üz-üzə gələcək.

Daha öncə Sübhan Mamedov (50 kq) da adını yarımfinala yazdırıb. Təmsilçimiz bu mərhələdə qazaxıstanlı Sanjar Taşkenbayı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinala yüksəlməklə bürünc medalı təmin edən boksçularımız final uğrunda görüşlərə iyulun 5-də rinqə çıxacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.