İdman

"İnter"in hücumçusu İranı tərk edə bilmir

15 İyun 2025 08:08
Baxış: 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "İnter" klubunun Klublararası dünya çempionatında iştirakı yaxın günlərdə başlayacaq. Lakin iranlı hücumçu Mehdi Taremi hələ də komandanın ABŞ-nin Los-Anceles şəhərindəki təlim-məşq toplanışına qoşulmayıb. O, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.

Milli.Az xəbər verir ki, hava məkanının bağlanması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. İran millisinin hücumçusu şənbə günü "İnter"in digər üzvlərinə qoşulmalı idi, lakin bu proses gecikəcək.

"İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.

 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.