İdman

Acun Ilıcalı istefa verdi

11 İyun 2025 19:38
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fənərbaxça klubu vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının istefa verdiyini rəsmi olaraq açıqlayıb. Acun Ilıcalı da ayrılıqla bağlı paylaşım edərək Fənərbaxçaya vida edib.

Fənərbaxça klubunun rəsmi açıqlaması belədir:

"2024-25 dövrü İdarə Heyətimizin üzvü, vitse-prezident cənab Acun Ilıcalı İdarə Heyəti üzvlüyündən ayrılıb.

Cənab Acun Ilıcalı fəaliyyət müddəti boyunca İdarə Heyətimizdə çox dəyərli töhfələr vermiş, daim klubumuzun mənafeyini ön planda tutan yanaşması ilə cəmiyyətimizdə rəğbətlə qarşılanmışdır.

Ona bu günə qədər göstərdiyi fədakar xidmətlərinə görə təşəkkür edir, gələcək həyatında uğurlar və xoşbəxtliklər arzulayırıq."

Xatırladaq ki, Acun Ilıcalı klub daxilində müxtəlif layihələr və təşəbbüslərlə diqqət çəkmiş, xüsusilə Fənərbaxçanın beynəlxalq imicinin güclənməsində aktiv rol oynamışdı.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.