İdman

"Fənərbağça"dan "Qalatasaray"ın ulduzuna 75 milyon avroluq TƏKLİF

14 May 2025 12:56
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul təmsilçisi "Fənərbağça" səs-küylü transfer etməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubu əzəli rəqibi "Qalatasaray"da icarə əsasında forma geyinən Viktor Osimhen üçün kisəsinin ağzına görünməmiş dərəcədə açıb.

Ulduz hücumçu üçün "Napoli"yə 75 milyon avro təklif olunub. "Bülbüllər" oyunçunun özünə isə 20 milyon avroluq maaş vermək düşüncəsindədirlər.

Sözügedə transfer xəbərini "Fənərbağça" yalanlasa da, "Napoli" rəsmiləri tərəfindən xəbər təsdiqlənib.

"Qalatasaray"a bağlılığı ilə diqqət çəkən Osimhenin təklifi qəbul edəcəyi sual doğurur.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.