İstanbul təmsilçisi "Fənərbağça" səs-küylü transfer etməyə hazırlaşır.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubu əzəli rəqibi "Qalatasaray"da icarə əsasında forma geyinən Viktor Osimhen üçün kisəsinin ağzına görünməmiş dərəcədə açıb.
Ulduz hücumçu üçün "Napoli"yə 75 milyon avro təklif olunub. "Bülbüllər" oyunçunun özünə isə 20 milyon avroluq maaş vermək düşüncəsindədirlər.
Sözügedə transfer xəbərini "Fənərbağça" yalanlasa da, "Napoli" rəsmiləri tərəfindən xəbər təsdiqlənib.
"Qalatasaray"a bağlılığı ilə diqqət çəkən Osimhenin təklifi qəbul edəcəyi sual doğurur.
Hüseyn
Milli.Az