“1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim” - Tahir Gözəl
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Qarabağ" Premyer Liqanın 32-ci turunda "Sabah"la matçda 1:1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub.
Milli.Az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
- Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən çox razıyam. "Qarabağ" hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. "Sabah" çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında möhtəşəm mənəvi birlik var. Bir-birimizi gözəl başa düşürük. O, bilir ki biz həmişə onun yanındayıq. Sponsorumuz hər zaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə, ona tam olaraq dəstəyik. "Sabah"la kubokun final matçı var. O matçdan sonra, Qurban hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Onlar özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir.
- Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, "Qarabağ" da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək?
- Mən belə düşünürəm ki, limitin ləğv olunması bizə qısamüddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzunmüddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərafdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.
- Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar və növbəti mövsüm 12 komandanın olacağı bəllidir. Bölgə klublarının infrastrukturunu nəzərə alsaq, sizin üçün çətinlik yaradacağını düşünürsüzmü?
- İnfrastrukturlar barədə tam məlumatlı deyiləm. Ancaq düşünürəm ki, 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir.
- Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə söylədiniz?
- 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm. Hər kəsi bir-bir təbrik etdim. Bu, bizim üçün böyük sevinc idi.
- Siz sevincinizi büruzə versəniz də, sanki komanda meydanda çox da sevinmədi. 12-ci çempionluq olması buna səbəb ola bilərmi?
- O duruş "Qarabağ"ın əsalətindəndir. Təbii ki, bizim kimi futbolçular da sevinirdilər. Öz aramızda bunu bayram kimi qeyd etdik.
- Azərbaycan kubokunda yenidən "Sabah"la keçirəcəyiniz matç barədə düşüncələriniz?
- Mən bilirəm ki, "Sabah" həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır demək olar. Buna görə də, "şirlərin savaşı" adlandıracağımız matç olacağına inanıram.
- AFFA-nın inkişaf strategiyası ilə tanış olmusunuz?
- Xeyr.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək





