İdman

“Qarabağ” darmadağınla finalda

23 Aprel 2025 19:21
Baxış: 468
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

Milli.Az xəbər verir ki, günün ilk matçında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Araz-Naxçıvan"ı qəbul edib.

İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi cavab matçında darmadağına sevinib - 3:0.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası finala yüksəlib. İkinci finalçı "Sabah" - "Neftçi" görüşündə müəyyənləşəcək. Bu komandaların ilk oyununda isə "Sabah" qalib gəlib.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
23 aprel

17:00. "Qarabağ" - "Araz-Naxçıvan" - 3:0
Qollar: Yassin Benzia, 65, Nəriman Axundzadə, 70, Toral Bayramov, 77

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.