“Hakim deyir ki, sürüşdü, bunu qəbul etmirəm” - Elmar Baxşıyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Araz-Naxçıvan" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Milli.Az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Bizim üçün ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. İki fərqli hissə oynadıq. İlk yarıda komanda şəklində oyunumuz alındı. İkinci hissədə "Qarabağ" üstünlüyü ələ aldı. Rəqibi təbrik edirəm. Çempionatdakı son matçlara köklənəcəyik".
- Sanki daha tez müdafiəyə çəkildiz. Buna sizi "Qarabağ" məcbur edirdi?
- Komandamın daha çox hücumda olmasını istəyirəm. "Qarabağ"ı da vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündürlər. Oturuşmuş heyəti və stabilliyi var. Bu tip matçların taleyini xırda nüanslar həll edir. Oyunu çevirə bilərdik. Bilirəm heç kim o epizodu görməyəcək. 25-ci dəqiqədəki epizod oyunun dəyişmə anı ola bilərdi. Nəsə hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. İkinci epizodu deyim. Hücuma çıxırıq, hücumumuzu saxlayıb bizim qapıya tərəf cərimə zərbəsi verir. Sonra deyir ki, səhv etdim. Ümid edirəm ki, "Araz-Naxçıvan"a qarşı bu səhvlər davamlı olmayacaq. İkili standart hiss olunur. Mənim komandama qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı da obyektiv olarlar.
- İkili standartın səbəbini nədə görürsünüz?
- Onu düşünsəm, işdən uzaq qalaram. Rahat şəkildə futbolçularımıza 4-cü sarı vərəqəni verib cəzalı duruma salırlar.
- Antipatiya Elmar Baxşıyevə qarşıdır, yoxsa "Araz-Naxçıvan"a qarşı?
- Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxan komandanın topuna rəqib əllə toxunur, hakim deyir ki, sürüşdü. Mən bunu qəbul etmirəm.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





