“Bu mövsüm başımızın bəlası onlardır” - Samir Abasov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi" Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olub.
Milli.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Niyə məğlub olduz, niyə qol vura bilmədiz?
- Qol vurmaq üçün imkanlarımız oldu. Qapının içindən də vura bilmədik. Rəqibin fürsətləri bizdən daha çox idi. Əsas məsələ niyə qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Heyətdə həddindən artıq rotasiyalara əl atmışdıq. Bu da məlum məsələdir. Kuboku düşünürdük. Zədələr böyük problemə çevrilib. Oyuna yaxşı başlamışdıq. Bu mövsüm başımızın bəlası fərdi səhvlərdir. Bu da ard-arda qollara gətirib çıxardı. Belə şeylər futbolda olur.
- "Neftçi" Azərbaycan derbisində 4 ildir "Qarabağ"a qalib gələ bilmir. Bu durumu necə şərh edərdiniz?
- Bəli, Azərbaycan derbisidir. Bizi, "Neftçi"ni istəyən insanları anlamaq olar. Fərqi yoxdur 3-4 gündən sonra kubok matçı oynayırsan, heyətində zədəlilər var. Bu, derbidir və qalib gəlməlisən. Onları başa düşürəm. Cavab olaraq söz tapa bilmirəm.
- Murad Məmmədova son oyunlarda az şans verməyinizin səbəbi nədir?
- Oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Biz onu pis oynadığına görə silməmişik. Son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Onu ümumiyyətlə silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq istəyirdim. Rəhman zədələndiyi üçün Elcan Əbilovu oyuna saldıq. Murad güvəndiyim futbolçudur.
- Bu mövsüm üçün "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" "Qarabağ"ı məğlub edib. Avrokuboklara getmək istəyən "Neftçi" 4 oyunun hamısında bu rəqibə uduzub. Sizcə, bu "Neftçi" avrokuboklara getməyə layiqdir?
- Avrokuboklara getmək üçün şərt ancaq "Qarabağ"ı udmaqdırsa, məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın. Son oyunda "Qarabağ"a qarşı yaxşı oynamışdıq. "Qarabağ"a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik.
- Rafael Quzzonun zədəsi ciddidir?
- Xeyr, ciddi zədəyə oxşamır. Dizində toqquşma oldu. Özü əvəzlənmək istədi.
- Dembo Darbonu bu gün start heyətində oynatmağınızın səbəbi nə idi?
- O, 2 aydan çoxdur ki, zədə səbəbindən oynamırdı. "Sabah"la kubok matçından öncə ritmdə qalması üçün bu gün Darbonu start heyətində meydana buraxdıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





