İdman

Boksçumuz dopinqə görə diskvalifkasiya olundu

17 Aprel 2025 10:31
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifkasiya olunub.

Bu barədə Milli.Az-a Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə cəzalandırlıb.

F.Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.