Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3 dərəcədən 6, gündüz 7 dərəcədən10 dərəcəyə qədər olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə , dağlarda gecə 3 dərəcədən 8 dərəcəyə qədər şaxta, gündüz 3 dərəcədən 8 dərəcəyə qədər olacaq.
Milli.Az





