“Uşaqlara demişdik ki, “Qarabağ” səhvi bağışlamır” - Elvin Məmmədov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səbail"in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib.
Milli.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçu olanda demişdiniz ki, karyera baxımından Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiniz?
- Əvvəlcə rəhbərliyə təşəkkür edirəm ki, bu yaşda məsuliyyəti mənə verdilər. Sağ olsunlar. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Amma nə xeyirlidirsə, o da olsun. İndidən o barədə danışmaq tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Məşqçilik karyerama yeni başlamışam.
- Matçın əvvəlində qapınıza vurulan 2 ardıcıl qol oyunun gedişatına təsir oldu?
- "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Oyunun əvvəllərində yaxşı mübarizə aparırdıq, top bizdə qalırdı. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Onlar keçidlər üzərində illərdir işləyirlər, bu da mükəmməl idi bu gün. Amma yenə də ani bir səhvdən sonra qol buraxdıq. Futbolda səhv qaçılmazdır. Demirəm, "Qarabağ"ı udacaqdıq, amma o qollara qədər yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı.
- Dediniz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz ki, yaşınız gəncdir?
- Bəlkə, bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Amma məndən yaxşı bilirsiniz ki, Avropa futbolunda nə qədər gənc məşqçilər var.
- Şahin Diniyevdən sonra komandaya siz dəvət olundunuz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət müsbət olardı?
- Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə, bundan betər, ya daha yaxşı ola bilərdik. Keçmişi geri qaytara bilmərik. Gələcəyə baxmaq, bunun da altından çıxmaq lazımdır.
- Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiniz?
- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Ən sevdiyim işdir. Əlbəttə, çətindir. Klub rəhbərliyi tərəfindən də dəstək var. Niyə də olmasın motivasiya? Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Bunun üçün zaman lazımdır.
- "Kəpəz"lə aranızda olan xal fərqini aradan qaldırmağı real sayırsınız?
- Futbolda hər şey mümkündür. Təki Allah bizlə olsun, hər şey dəyişə bilər.
- Cavid Hüseynov istefaya göndərildiyi gün demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz arqumenti var. Bu gün onun əvəzinə danışa bilmərəm. Bəlkə də, öz yanaşması və öz sualları var ki, ona cavab tapmaram. Mənim üçün birinci dövrdə də, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, mən buradayam.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





