“Sabah”dan Elvin Camalovla bağlı qalmaqallı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" sabiq futbolçusu və kapitanı Elvin Camalovla bağlı rəsmi açıqlama yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, açıqlamada qeyd olunur ki, "Sabah"ın baş məşqçisinin son mətbuat konfransından sonra kluba bir çox müraciət daxil olub.
Bu müraciətlər hazırda "Neftçi"ni təmsil edən və klubun keçmiş kapitanı olan Elvin Camalovun davranışı ilə bağlı vəziyyətin aydınlaşdırılmasını zəruri edir.
Bununla əlaqədar olaraq, klub rəsmi mövqeyini açıqlamağı vacib hesab etdiyini bildirib.
Məlumatda qeyd olunub:
"Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah" FK ilə "Neftçi" FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda "Neftçi" FK-ya keçməyi təklif edib. Bu söhbətlər zamanı o, klubunun baş məşqçisinin marağını və həmin futbolçunun oyununa verdiyi yüksək qiyməti xüsusi vurğulayıb.
Bu təklif futbolçumuzun diqqətini çəkməyib və o, müraciətə soyuq reaksiya verib. Buna baxmayaraq, Camalov təkrar əlaqə saxlayaraq bu təklifdə israr edib. Bu isə onun hərəkətlərinin məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir.
Xüsusilə vurğulamaq istərdik ki, sözügedən futbolçunun "Sabah" FK ilə mövcud müqaviləsi yalnız cari yox, növbəti mövsüm üçün də qüvvədədir. Şübhəsiz ki, uzun müddət komandamızın kapitanı olmuş Elvin Camalov bu vəziyyətdən xəbərdardır. Bu fakt isə onun hərəkətlərinin qəbuledilməzliyini daha da artırır".
Açıqlamada həmçinin bildirilib: "Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik. Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında "Sabah" FK və "Neftçi" FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib. Üstəlik, sözügedən futbolçunun komandamızın əsas oyunçularından biri olmasını nəzərə alaraq, bunu idmançının diqqətini yayındırmaq və həlledici oyunlar ərəfəsində ona təzyiq göstərmək cəhdi kimi qiymətləndiririk.
Əgər oyunçuya maraq həqiqətən peşəkar çərçivədə olsaydı, "Neftçi" FK rəsmi şəkildə "Sabah" FK və ya futbolçunun nümayəndələri ilə əlaqə saxlayardı. Bunun əvəzinə, bu proses qeyri-rəsmi formada, keçmiş komanda yoldaşı vasitəsilə və rəsmi prosedurlar nəzərə alınmadan həyata keçirilib. Bu isə niyyətin səmimiliyi ilə bağlı ciddi şübhələr doğurur.
"Sabah" FK artıq Elvin Camalovun hərəkətlərini qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb. Biz Azərbaycan futbolunda bu kimi mənfi halların, o cümlədən potensial danışılmış oyunların qarşısının alınması istiqamətində AFFA-nın səylərini tam şəkildə dəstəkləyirik.
Bununla yanaşı, "Sabah" FK bu bəyanatdan əvvəl "Neftçi" FK rəhbərliyi ilə əlaqə saxlayıb. İki klub arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Ümid edirdik ki, oyunçu məsuliyyəti öz üzərinə götürərək baş verənlərə görə üzr istəyəcək və məsələ ictimai müzakirəyə çıxarılmadan həll ediləcək. Bu məqsədlə açıqlama verilməmişdən öncə kifayət qədər vaxt tanındı. Lakin cavabın olmaması səbəbindən klub, futbol ictimaiyyətində rezonans doğuran bu hadisə ilə bağlı rəsmi açıqlama verməyə məcbur oldu.
"Sabah" FK daim ədalətli rəqabəti, klublar arasında şəffaf münasibətləri və mövcud müqavilələrə hörmət göstərilməsini müdafiə edir. Şəffaf və dürüst rəqabət prinsiplərinə əməl etməyin bütün futbol ictimaiyyətinin ortaq məqsədi olmasına inanırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
XƏBƏR LENTİ
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)





