İdman

"Deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma..." - Qvardiola

6 Aprel 2025 12:43
Baxış: 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "şəhərlilər" sabiq hücumçusu Serxio Aqueronun və cari mövsümün sonunda komandanı tərk edəcəyi dəqiqləşən Kevin De Bröynenin əvəzolunmaz olduqlarını bildirib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "City Xtra" onun sözlərini belə çatdırıb:

"İnsanlar deyirdilər ki, Holand Aqueronu əvəzləyəcək, amma Serxio vurduğu qollara görə yox, çox şeydə əvəzolunmazdır. Onda da Erlinqdəki kimi nəsə bir unikallıq var idi. Aquero "Mançester Siti" tarixinin ən vacib qolunu vurub. "Kuinz Park Reyncers"in qapısına vurulan qolu hamı xatırlayır. Təəssüf ki, bəzi şeyləri əvəzləmək olmur.

Belə futbolçularla vidalaşmaq çox ağırdır! Onların həmişəlik komandada qalmasını istəyərdim! Serxio əbədidir... İndi də Kevin De Bröyne".

Xatırladaq ki, 33 yaşlı De Bröyne aprelin 4-də "Mançester Siti"dən ayrıldığını bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.