"Karyeram ərzində bu qədər uduzmamışdım" - Fernandu Santuş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən yoldaşlıq görüşündə Belarus seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Masazırdakı matçın ardından belə danışıb:
"İlk yarıda hər iki komanda intensiv oyun sərgilədi. İlk 10-15 dəqiqə oyunçularım daha çox müdafiəyəmeyilli oynayırdılar. Futbolçulara irəli çıxmaq, futbol oynamaq lazım olduğunu başa saldıq. Bundan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissəyə yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. Renat Dadaşovu fiziki cəhətdən hazırlıqlı olduğu üçün meydana buraxdım. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və əvəzlədik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib ilk qolu vurub önə keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, komanda qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəlidə iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik.
Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti varmı? Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin".
Portuqaliyalı mütəxəssis Zamiq Əliyevin səhvi barədə sualı belə cavablandırıb: "Unutmayaq ki, Zamiqin 20 yaşı var. Gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Onları dərhal itirə bilmərik".
Cinah müdafiəçisi mövqeyində stopperləri oynadan əcnəbi çalışdırıcı "Zirə"nin kapitanı Qismət Alıyevi yığmaya dəvət etməməsinə də münasibət bildirib: "Oyunlara baxıram. Amin Seydiyev və Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiniz ki, o oyunçu niyə oynamır, indi başqası niyə oynamadığını soruşursunuz?"
Təcrübəli mütəxəssisin "Portuqaliya Futbol Federasiyaslının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini postunda saxlayar, yoxsa yox?" sualına cavabı emosional alınıb: "Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbaycan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyunda uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik".
O, yenilgiyə görə üzr istəməyib: "Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Bir və ya iki illik təklif olsaydı, bura gəlməzdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, danışıqlarda bu cür şərt olmasaydı, 3+1-i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram ərzində bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik. İnkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə oynaya bilərik. Hamı bu nəticələrə sevinər. Amma daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
XƏBƏR LENTİ
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi





