İdman

"Qarabağ"ın futbolçusundan millisində 2 qol ötürməsi

23 Mart 2025 20:02
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə - komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib. (Unikal)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.