İdman

Mbappenin transfer qiyməti yüksəldi

22 Mart 2025 22:37
Baxış: 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nüfuzlu "Transfermarkt" portalı 2024-cü ilin dekabrından bəri ilk dəfə İspaniya La Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yenilənmə "Real Madrid" və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin transfer qiymətinə də təsir edib.

Beləliklə, fransız forvardın dəyəri 160 milyon avrodan 170 milyon avroya yüksəlib. Xalis artım 10 milyon avro və ya 6,3% təşkil edib.

Xatırladaq ki, Kilian Mbappe yay transfer pəncərəsində azad agent kimi "Real Madrid"ə keçib. Fransız futbolçu "kral klubu" ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Mbappe "Los Blancos"un heyətində 43 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.