İdman

Atası "Barselona" rəhbərliyinə şikayət etdi

21 Mart 2025 13:57
Baxış: 521
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ansu Fatinin yaxın ətrafı "Barselona"nın futbolçuya münasibətindən narazılığını bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçunun atası birbaşa "Barselona"nın direktorlarına vəziyyətdən narazı olduğunu bildirib. O, hücumçunun baş məşqçi Hans Flikin ona oynamaq üçün şans verməsinə görə əlindən gələni etdiyini, amma hələ ki nəticənin olmadığını düşünür.

Fatinin yaxınları əmindirlər ki, Ansu daha çox şansa və yeni imkanlara layiqdir. 22 yaşlı futbolçu digər klublardan gələn bütün təklifləri rədd edib və yalnız "Barselona"da uğur qazanmağa ümid edir.

Qeyd edək ki, bu mövsümdə Fati La Liqada dörd oyun keçirib. Sonuncu dəfə 4 yanvar tarixində İspaniya Kubokunun oyununda meydana çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.