İdman

"Mançester Yunayted" 10 futbolçunu GÖNDƏRİR

16 Mart 2025 16:56
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted" son illərdə ardıcıl uğursuz mövsümlər keçirdikdən sonra Ruben Amorim rəhbərliyi altında böyük bir dəyişiklik etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandaya gəlişi də problemləri həll etmək üçün yetərli olmayıb. Heyətin yetərsiz olması gündəmdədir və klub yay transfer dönəmində tam 10 futbolçu ilə yollarını ayırmağa qərar verib.

"Mançester Yunayted"in transfer siyahısına əlavə olunan futbolçular bunlardır:

Kazemiro
Meyson Maunt
Kristian Eriksen
Rasmus Heylund
Conni Evans
Tom Hiton
Viktor Lindelöf
Antoni
Ceydon Sanço
Markus Reşford

"Mançester Yunayted" rəhbərliyi bu oyunçular üçün yay transfer pəncərəsində gələcək təklifləri dəyərləndirməyə hazırdır. Klub əsasən gənc və perspektivli futbolçularla heyətini yenidən qurmağı hədəfləyir.

Bu böyük dəyişiklik "qırmızı şeytanlar"ın qarşıdakı mövsümlərdə daha iddialı olması üçün atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.  /Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.