Santuş: Azərbaycan I Liqasında yaxşı futbolçular var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Milliyə dəvət alan "Qəbələ"nin üzvü Şahin Şahniyarov çox keyfiyyətli oyunçudur".
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti və Belarusla keçiriləcək yoldaşlıq oyunları öncəsi mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis özünün və köməkçilərinin tez-tez I Liqa oyunlarını izlədiklərini bildirib: "Orada yaxşı futbolçular var. Diqqətimi çəkənlər olub. Amma bunu da bilmək lazımdır ki, bura Azərbaycan millisidir. Gələcəkdə fərqli seçimlər edəcəyik. Yeni gələnlər yığmada olan ab-havanı görməlidir. Biz də bəyəndiyimiz oyunçuları millinin toplanışına dəvət edirik. Yaşından asılı olmayaraq, yaxşı çıxış edən futbolçulara milli komandanın qapısı hər zaman açıqdır. Ümid edirəm ki, milliyə çağırılan adlar komandaya fayda verəcəklər".
F.Santuş Haiti millisinin yaxşı komanda olduğunu söyləyib: "Mən AFFA-ya iki yoxlama oyunu keçirmək istədiyimi bildirdim. Onlar da uyğun rəqibləri bizim üçün seçdilər. Haiti seçməsinə
ciddi yanaşırıq. Yaxşı futbol nümayiş etdirirlər".
Baş məşqçi Azərbaycan çempionatında legioner limitinin ləğvi və komanda sayının artırılması məsələsinə də toxunub: "Bunun faydasını gələcəkdə görəcəyik. Əlbəttə ki, komanda sayının çox olması sevindirici haldır".
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də Masazırda yerləşən "Bank Respublika Arena"da isə Belarusla üz-üzə gələcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
-
45 yaşlı kişinin boyun damarı kəsildi - Vəziyyəti ağırdır
-
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
-
Ordubadda ər-arvad eyni gündə vəfat etdilər
-
BDU-nun prorektoru vəzifəsindən azad edildi - (Foto)
-
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə “Eternity-2026” təlimi başa çatıb - (Foto)
-
Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)
-
Ləfxanımın atası, Xocalı soyqırımının şahidi Xocalıda dəfn olundu - (Foto)
-
Metroda problem yarandı, qatarlar yubandı
-
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edilib - (Foto)
-
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
-
Naftalanda 3 məktəblini maşın vurub
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı
-
Azərbaycanda oğul ondan "nə vaxt evlənirsən" soruşan anasını döydü - Detallar
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Bəhramtəpə Hidroqovşağında təmir işləri su təchizatına təsir göstərməyəcək - Açıqlama
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Uşağın aqressiv davranışının arxasında hansı səbəblər dayanır? - Müsahibə
-
Qəza dayanma nişanı hansı məsafədə qoyulmalıdır?
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib - (Video)
-
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)





