Türkiyəli basketbol məşqçisi Selen Erdem Yunanıstan mətbuatının ulduzuna çevrilib.
Milli.Az xəbər verir ki, bu ölkədə "Pas Giannia" qadın baskketbol klubunu kubokun finalına qədər daşıyan xanım çalışdırıcıya daha böyük etimad göstərilib.
Ona tarixi "Panatinaikos" klubunun qadın basketbol komandası həvalə olunub. Bu təyinat məşqçinin 2 səbəbdən gündəmə düşməyinə səbəb olub.
Jurnalistlər ilk öncə Selen Erdemin geyim və iş üslubunu müzakirəyə çıxarıblar. Oyunlar zamanı adətən klassik geymdə, dikdabanda görünən türk məşqçi çılğınlığına, əl-qol hərəkətlərinə görə həmyerlisi, məşhur futbol mütəxəssisi Fatih Terimi xatırladır. Mətbuatda ona "Dişi" Fatim Terim" ləqəbi verilib.
"Zarafatları ilə seçilən Selen Erdem təkcə məşqçi deyil, həm də gücü və üslubu sintez etməyi bacaran qadındır. O, çətinliklərdən qorxmur. Dikdaban ayaqqabıları, klassik kostyumları və özünənam hissi ilə liderlik ab-havası yaradır", - deyə mətbuatda yazılıb.
İkinci maraqlı məqam isə "Panatinaikos"un kişilərdən ibarət komandasının baş məşqçisini də türk olmasıdır. Söhbət Ergin Atamandan gedir. Türkiyəli 2 çalışdırıcının bir klubda işləməsi dərhal diqqət çəkib: "Komandada türk camaatı çoxalır".
Qeyd edək ki, Selen Erdem "Panatinaikos" qadın komandasında ilk əcnəbi baş məşqçidir. /Offsideplus.az
Milli.Az