İdman

Azərbaycan güləş millisi dördüncü dəfə Avropa çempionu oldu

11 Mart 2025 06:37
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.

Milli.Az xəbər verir ki, millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda hesabında Avropa çempionu olub.

İlk dəfə 2022-ci ildə U-23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayırlar. Budəfəki uğur rekord göstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib.

Yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin finalında güləşib. Komandamız yekun sıralamada 169 xalla toplamaqla özünün yeni xal rekordunu müəyyənləşdirib. Millimiz ən yaxın izləyicisi olan Türkiyəni 52 xal qabaqlayıb. Ukrayna 104 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, millinin tərkibində Arseniy Djioyev (86 kiloqram) qızıl, Ceyhun Allahverdiyev (61 kiloqram), Kənan Heybətov (70 kiloqram), Ağanəzər Novruzov (74 kiloqram) və Fərid Cabbarov (79 kiloqram) gümüş, Rəhman İmanov (57 kiloqram), Murad Haqverdiyev (65 kiloqram), Sadiq Mustafazadə (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.