Cəlal Hüseynovun sabiq klubu "Arda" yeni transferini edib.
Milli.Az xəbər verir ki, "Neftçi"yə böyük ümidlərlə gələn və sonradan özünü yaxşı tərəfdən göstərə bilməyərək, komandadan göndərilən Andre Şinyaşiki özünə yeni klub tapıb. Bolqarıstan təmsilçisi Şinyaşikini heyətinə qatıb.
Qeyd edək ki, braziliyalı oyunçu "ağ-qaralar"ın heyətində 38 oyuna 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. (Offsideplus.az)
Milli.Az