FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina maraqlı təklif irəli sürüb.
Milli.Az xəbər verir ki, italiyalı keçmiş referi penalti qapıçı tərəfindən dəf ediləndən sonra ikinci zərbəyə icazə verilməməsini istəyib.
O, Beynəlxalq Futbol Assosiasiyaları Şurasında aparılmış müzakirələr zamanı artıq öz fikrini bəyan etdiyini bildirib: "Düşünürəm ki, penalti zamanı ən yaxşı həll yolu bir zərbədir. Bu, əlavə vaxtdan sonra yerinə yetirilən 11 metrlik cərimə zərbəsi kimi olmalıdır: ya qol vurursan, ya da qapı zərbəsi ilə oyunu yenidən başladırsan, vəssalam. Bununla penaltidən əvvəl yaranan lüzumsuz hay-küyün qarşısını ala bilərik". "Unikal"
Milli.Az